Sumqayıtdan Bakı istiqamətində yolda hərəkət tam dayanıb.
Oxu.Az xəbər verir ki, güclü tıxac Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən başlanıb.
Yolda avtomobillərin hərəkəti tam iflic olub. Ərazidə maşınların hərəkətini tənzimləmək və tıxacın aradan qaldırılması üçün heç bir tədbir görülmür.
Bakıya “20 yanvar” istiqamətindən giriş məhdudlaşıb.
Həmçinin tıxac Bakı Dairəvi Yolunda da davam edir. Həmin yolda yaranmış sıxlıq Səbail rayonu, Badamdar qəsəbəsinə qədər uzanır.
Könül Cəfərli
www.102info.az
