Xaricdə dini təhsil alanlarla bağlı AÇIQLAMA

Cəmiyyət

“Xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak edə biləcəklər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu proses qanunvericiliklə tənzimlənəcək.

“Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xaricdə təhsil almağa göndərilənlər, din xadimi olmaq üçün müsahibədə iştirak edə biləcək”, – deyə komitə rəsmisi əlavə edib.

Aqşin Kərimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir