Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Poçtbinə kənd tam orta məktəbində “Narkomaniyasız sağlam həyat” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan narkotik vasitələrin acı nəticələrindən danışıb. “Ağ ölüm”lə mübarizənin və onun profilaktikasının gənclərin formalaşmasında, eləcə də onların sağlam böyüməsində ən mühüm amillərdən biri olduğunu vurğulayıb.
Digər çıxış edənlər də bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
www.102info.az
