“Vilyarreal” “Bavariya”nı mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib – VİDEO

İdman

UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

“Report”un məlumatına görə, İspaniyanın “Vilyarreal” klubu növbəti mərhələyə yüksəlib.

Evdəki ilk matçda Almaniya “Bavariya”sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə “Vilyarreal”ı yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) cütünün qalibi olacaq.

Gecənin digəri oyununda isə İngiltərənin “Çelsi” klubu İspaniyada “Real Madrid”lə qarşılaşır. Matçın əsas vaxtı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılır.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:3 (ƏLAVƏ VAXT)

Qollar: Rodriqo, 80 Benezema, 96 – Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya) – 1:1

Qol: Robert Levandovski, 52 – Samuel Çukvueze, 88

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə “Liverpul”u Portuqaliya “Benfika”sını, İspaniyanın “Atletiko” (Madrid) komandası isə İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir