Vətənindən didərgin düşən yeniyetmə “Şaxtyor”a qələbə qazandırdı – VİDEO

İdman

Ukraynanın “Şaxtyor” klubu ilə Polşanın “Lexia”sı arasında baş tutan yoldaşlıq görüşünün sonu duyğulu anlarla bitib.

Belə ki, hesab 2:2 olarkən hakim oyunun sonuna üç dəqiqələri əlavə edib.

Bu zaman meydançaya Mariupoldakı bombardmanlardan qaçaraq Polşaya köçmək məcburiyyətində qalan yeniyetmə daxil olub.

Onun son dəqiqələrdə simvolik olaraq rəqib qapısına vurduğu qol oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:3

Dmitri adlı oğlanı bütün stadion ayaq üstə alqışlayıb.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir