Ukraynanın Luqansk vilayətində bütün xəstəxanalar dağıdılıb

Dünya

Ukraynada 43 gündür davam edən müharibədə Luqansk vilayətinin bütün xəstəxanaları məhv edilib.

Bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday danışıb.

“Luqansk vilayətində salamat qalan bir xəstəxana belə yoxdur. Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan bu yana regionumuzdakı bütün tibb müəssisələri atəşə tutulub”, – deyə S.Qayday bildirib.

Mənbə: Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir