Ukraynadakı müharibədə ölən azərbaycanlı snayperin son döyüşü – FOTO/VİDEO

Cəmiyyət

Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həyatını itirmiş, Ukrayna dilində oxunan Azərbaycan himninin sədaları altında son mənzilə yola salınan həmyerlimizin kimliyi bəlli olub.

Onun xatirəsi vuruşduğu “Karpatski Seç” könüllülər batalyonu tərəfindən yad edilib.

Bildirilib ki, 1993-cü ilin martın 12-də anadan olmuş Elnur Həsənov Qarabağda xidmət keçib, snayper bölməsinin komandiri olub.

Döyüş yoldaşları arasında “Alik” ləqəbi ilə tanınan Elnur Həsənov 2022-ci ilin martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olub.

Həmyerlimiz iki övlad atası olub, həyat yoldaşı üçüncü uşağa hamilədir. 

“Mən Xarkovu müdafiə etməyi planlaşdırırdım. Qadınların, uşaqların, yaşlıların necə öldüyünü görəndə mən onları müdafiə etməliyəm. Hər bir insan harada baş verməsindən asılı olmayaraq pislikdən müdafiə olunmalıdır”, – deyə batalyonun sosial şəbəkə hesabında Elnur Həsənovun sitatı təqdim olunub.  

Ukraynadakı döyüşlərdə iştirak edən həmyerlimizin hansı şəraitdə həlak olması ilə bağlı detallar da üzə çıxıb. O, “Karpatski Seç”in digər bir könüllüsü David Qoberjişvili ilə İrpendəki düşmən mövqelərində kəşfiyyat fəaliyyəti zamanı həlak olub. Minaatan atəşi onların hər ikisinin həyatına son qoyub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir