Ukraynada Rusiyanın ən böyük desant gəmirlərindən birinin komandiri öldürüldü – FOTO

Dünya

Rusiyanın Qara dəniz donanmasının “Sezar Kunikov” adlı iri desant gəmisinin komandiri Aleksandr Çirva Ukraynada aldığı yaralar nəticəsində ölüb.

3-cü dərəcəli kapitanın martın 29-da Berdyansk limanında yaralandığı güman olunur. O, zaman Rusiya Hərbi Dəniz Qüvvələrinin hücum əməliyyatı uğursuzluğa düçar olub. Ukrayna tərəfindən borbardman edilən “Saratov” böyük desant gəmisi məhv edilib, “Sezar Kunikov” və “Novoçerkassk” böyük desant gəmiləri isə ciddi zədə alıb.

Çirvanın 2015 və 2016-cı illərdə Suriya Ərəb Respublikası ərazisində xüsusi əməliyyatda iştirak etdiyi bildirlib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir