İngiltərənin “Çelsi” futbol komandasının baş məşqçisi Tomas Tuxel Riketts ailəsi tərəfindən klubun satın alınmasına etirazlarını bildirmək istəyən azarkeşləri dəstəkləyib.
Bu gün, aprelin 2-də Bakı vaxtı ilə saat 18:00-da “Çelsi”nin doğma meydanında “Brentford”la oyun üçün bir neçə etiraz aksiyası planlaşdırılıb, insanlar “Çelsi”ni almaq niyyətində olan dörd qrupdan biri Riketts ailəsinin üzvlərinin mübahisəli dini mövqeyindən narahatdırlar.
Qeyd edək ki, 20 000-dən çox insan ailənin 80 yaşlı başçısı Co Rikettsin müsəlmanları öz düşmənləri adlandırdığı, əvvəl dərc olunmuş elektron məktubuna istinad edərək, Riketlərə qarşı onlayn petisiya imzalayıb.
“Siz bunun nəticələri ilə üzləşməli və buna icazə verdiyiniz zaman məsuliyyət daşımalısınız. Nəticələrdən biri azarkeşlərin etirazıdırsa, bununla barışmalı olacaqsınız”, – Tuxel deyib.
Mənbə: Gazeta.ru
www.102info.az
