Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək

İdman
Spread the love

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VI turunda niderlandlı Yorden van Forrestlə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Hazırda 6 xalı olan Məmmədyarov Aniş Giri ilə birlikdə 6-7-ci yerləri bölüşdürür.

Qeyd edək ki, sürətli şahmat sistemi ilə keçirilən yarışmada “rapid”də qələbəyə görə 3 xal, “blits”də 2 xal, məğlubiyyətə görə isə 1 xal verilir. 

Turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir