Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı AÇIQLANIB – VİDEO

Cəmiyyət

“Şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı  2021-ci ildə 5 dəfə genişlənib”.

Oxu.Az-ın məlumatına görə, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

O bildirib ki, keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Nazir müavini əlavə edib ki, 2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur:

“Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir