Rusiyanın böyük şirkətlərinin mindən çox əməkdaşı ölkəni tərk edib

Dünya

Rusiyanın “Yandex”, “Avito”, “Tinkoff Bank” şirkətlərinin və ABŞ-ın Rusiya Federasiyasında fəaliyyət göstərən “DataArt” şirkətlərinin ümumilikdə mindən çox əməkdaşı bu ölkəni tərk edərək Türkiyəyə gedib.

Mənbə iddia edir ki, təkcə “Yandex”in 900-ə yaxın əməkdaşı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından qısa müddət əvvəl ölkəni tərk edərək Türkiyəyə uçub, daha sonra isə onların da böyük əksəriyyəti Türkiyəni də tərk edərək başqa ölkələrə yollanıblar.

Qeyd edək ki, daha əvvəl çıxan məlumatlarda qeyd olunurdu ki, fevralın sonundan etibarən yeni texnologiyalar üzrə ixtisaslaşan yezlərlə mütəxəssis Rusiyanı tərk edib.

Mənbə: The Wall Street Journal

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir