Rusiya Ukraynada dəmiryolu stansiyasına “İsgəndər” atdı: Çoxlu sayda ölən var – FOTO

Dünya

Rusiya Ukraynanın Kramatorsk şəhərindəki qatar stansiyasına iki raket atıb.

Bu barədə Ukraynanın Dövlət Dəmir Yolu Şirkəti məlumat yayıb.

İnsan sıxlığının yaşandığı qatar stansiyasına raket atılması nəticəsində 30-dan çox ölü və yüzlərlə yaralı olduğu bildirilir.

Ukraynanın şərqindəki qatar stansiyası mülki şəxslərin təxliyəsi üçün istifadə olunur.

Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Krilonko “Telegram” hesabında hadisə ilə bağlı fotolar paylaşıb. Onun sözlərinə görə, Rusiya “İsgəndər” raketlərindən istifadə edib.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir