Rusiya “Pasxa atəşkəsi”ndən imtina etdi – VİDEO

Dünya
Spread the love

“Rusiya “Pasxa atəşkəsi”ndən imtina edib. Rusiya Federasiyasının nümayəndəsi bildirib ki, atəşkəs guya Ukrayna hərbçilərinin yenidən toparlana bilməsi üçün lazımdır”.

Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa özünün “Twitter” səhifəsində yazıb.

“Moskva fürerinin mövqeyi bir neçə saat ərzində Təhlükəsizlik Şurasında açıqlandı”, – deyə o, Rusiya nümayəndəsinin çıxışının videosunu yerləşdirərək bildirib.

 

Qeyd edək ki, aprelin 19-da BMT-nin Baş katibi Antonio Quterreş bir sıra humanitar dəhlizlərin açılmasına icazə vermək üçün Pasxa bayramı münasibəti ilə 21-24 aprel tarixlərində dördgünlük humanitar fasilə verilməsinə dair çağırış edib. Aprelin 20-də Ukrayna təşəbbüsü dəstəkləyib.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir