Rusiya klublarını və milli komandasını kompüter oyunundan da çıxartdılar

Dünya
Spread the love

ABŞ-ın oyun istehsalı ilə məşğul olan “Electronic Arts” (EA) şirkəti Rusiya klublarını və milli komandasını “FIFA 22” futbol oyununun proqramından xaric edib.

Həmçinin “FIFA 22”də Rusiya Federasiyası ərazisində olan stadionları da seçmək mümkün olmayacaq.

“Electronic Arts”dan verilən məlumatda qeyd olunur ki, şirkət rəhbərliyi və onun əməkdaşları Ukrayna xalqı ilə həmrəydir və Ukraynaya qarşı təcavüzün dayandırılmasına çağırır.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir