Paytaxtın Azadlıq prospektində işıqforların işləməməsi nəqliyyatın hərəkətini çətinləşdirir.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, söhbət Cəfər Xəndan küçəsindən gedir. Məlumatda qeyd edilib ki, sözügedən küçədə artıq 1 həftədən çoxdur ki, işıqfor işləmir. Çarəsiz sürücülər etik qaydada bir-birinə yol verməklə qəza şəraitindən yayınmağa çalışırlar.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli
www.102info.az
