Nazirdən məktəblərdə baş verən neqativ hadisələrlə bağlı AÇIQLAMA

Cəmiyyət
Spread the love

Təhsil naziri Emin Əmrullayev ölkədə fəaliyyət göstərən məktəblərdə qeydə alınan neqativ hallarla bağlı danışıb. 

Oxu.Az-ın məlumatına görə, nazir bu haqda jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, ölkədə 1 milyon 600 min şagird təhsil alır və hər gün hansısa xoşagəlməz hadisə baş verəcək:

“Bu kimi hallar birmənalı olaraq qəbul edilmir. Hansısa bir hadisədə cinayət varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Məktəblərdə şagirdlərin tərbiyəsi və davranışı ilə bağlı mütəmadi şəkildə ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən iş aparılmalıdır”.

“Əfsuslar olsun ki, 1 milyon 600 min şagirdi, 200 min müəllimi, 3 milyondan artıq valideyni əhatə edən sistemdə iki nəfər arasında konflikti hər gün müşahidə edəcəyik”, – deyə o əlavə edib.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir