Naxçıvanda mikroavtobus aşıb: Ölən və xəsarət alanlar var

Kriminal

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb.

Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir