Kiyev “Dinamo”sunun Avropa nəhənglərinə təklifi cavabsız qaldı: “Qalatasaray”dan tarixi jest

İdman

Kiyev “Dinamo”su ilə “Qalatasaray” arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu barədə Ukrayna təmsilçisinin baş məşqçisi Mirça Luçesku məlumat verib.

Onun sözlərinə görə, aprelin 14-də İstanbulda NEF stadionunda keçiriləcək qarşılaşmada toplanan vəsait müharibədə valideynlərini itirmiş ukraynalı uşaqların ehtiyaclarına sərf olunacaq.

Kiyev “Dinamo”su həmçinin aprelin 12-də Varşavada “Legiya” ilə də yoldaşlıq oyunu keçirəcək.

“Qalatasaray” klubunun prezidenti Burak Elmasa bu oyunu qəbul etdiyi üçün minnətdaram. Ukraynalılar və “Dinamo” azarkeşləri bu jesti unutmayacaq. Avropanın nəhəng klublarına oyun təklif edəndə müxtəlif bəhanələr irəli sürdülər. “Qalatasaray” isə bizə qapısını açdı. “Sarı-qırmızılı” cameəyə çox təşəkkür edirəm”, – deyə M.Luçesku bildirib.

Mənbə: Haber Global

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir