Kanada Ukraynaya ən son buraxılış zirehli maşınlar verəcək

Dünya

Kanada Ukrayna ordusu üçün səkkiz zirehli maşın alacaq. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Twitter-də məlumat verib.

“Kanada “Roshel” şirkətinin istehsalı olan səkkiz zirehli maşının alınması üçün müqavilə imzalayıb və bu maşınlar ən qısa zamanda ukraynalı dostlarımıza təhvil veriləcək”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, Kanada Ukraynaya hərtərəfli hərbi yardım göstərməyə davam edəcək.

Kanada ölkədə mövcud olan 37 ədəd “M-777” haubitsasından dördünü Ukraynaya göndərib.

Mənbə: “Ukrainskaya Pravda”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir