Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafızə Xidmətinə yeni rəis müavini təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovnik-leytenantı Azad Əliyev Dövlət Yanğından Mühafızə Xidmətinə rəis müavini təyin edilib.
Qeyd edək ki, bu vəzifəyə qədər Azad Əliyev Dövlət Yanğından Mühafızə Xidmətində şöbə müdiri olub.
www.102info.az
