Güzəştli şərtlərlə pensiyanın məbləği nə qədər olacaq? – AÇIQLAMA

İqtisadiyyat

“Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iclasında deyib.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə həmin məsələ əks olunub.

“Bununla da güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq”, – deyə Musa Quliyev bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir