Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Green Recycle” şirkəti ilə birlikdə yeni sosial layihə icra edir.
Sosial layihə çərçivəsində şəhərin müxtəlif ərazilərində xüsusi qutular yerləşdirilir. Qutuların yerləşdirilməsində məqsəd istifadə olunmuş geyim, ayaqqabı və tekstil məhsullarının toplanmasıdır. Toplanan tekstil məhsulları çeşidlənərək, yenilərinin ehtiyacı olan ailələrə verilməsi, digərlərinin isə təkrar emala göndərilməsi nəzərdə tutulub.
Bu tip qutular ilkin olaraq şəhərin Atatürk, Ş.İ.Xətai prospektləri və digər küçələrində yerləşdirlib.
Şəhər sakinlərinə sözügedən sosial layihəyə dəstək olmaları tövsiyə edilir.



www.102info.az
