DSX-nin 21 yaşlı kursantı vəfat etdi

Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib. 

“Həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb”, – deyə qeyd edilib.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir