Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.
Qarşılaşma İngiltərədə keçiriləcək. Mançester şəhərində öz ölkələrinin hazırkı liderləri qarşılaşacaqlar. Belə ki, Madrid “Real”ı son İngiltərə çempionu, turnirin son finalçısı “Mançester Siti”nin qonağı olacaq.
Komandalar sonuncu dəfə 2020-ci ildə üz-üzə gəliblər. Bu turnirin 1/8 finalı çərçivəsində baş tutan görüşdə Mançester klubu hər iki oyunda 2:1 hesabı ilə qalib gəlməklə mərhələ adlayan tərəf olmuşdu.
Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.
UEFA Çempionlar Liqası
1/2 final (ilk oyun)
26 aprel
23:00 “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Mançester. “Etihad” stadionu
Oynamayacaqlar: Juau Kanselu, Benjamen Mendi (hər ikisi “Mançester Siti”), Mariano Dias, Eden Azar, Luka Yoviç (hər üçü “Real”)
Oynayacağı sual altında olanlar: Con Stounz, Kayl Volker (hər ikisi “Mançester Siti”), David Alaba, Kazemiro (hər ikisi “Real”)
Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə “Liverpul” və İspaniya “Vilyareal”ı arasında baş tutacaq.
www.102info.az
