Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Trabzonspor” – “Antalyaspor” qarşılaşmasının biletləri saniyələr içində satılıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Ümumilikdə satışa çıxmış 40 782 biletdən 27 958-i daha əvvəl satıldığından bu gün yerli vaxtda saat 13:00-da 12 824 bilet satışa çıxarılıb. Bu sayda biletin satılması üçün azarkeşlərə cəmi 27 saniyə bəs edib.
Qeyd edək ki, “Trabzonspor” görüşdə bir xal belə qazanacağı halda vaxtında əvvəl çempionluğunu elan edəcək.
www.102info.az
