Bir il ərzində “Yevlax KOB evi”ndə sahibkarlara 35 minə yaxın xidmət göstərilib – FOTO

İqtisadiyyat

Aprelin 8-də “Yevlax KOB evi”nin fəaliyyətə başlamasından bir il ötür. Ötən bir ildə “Yevlax KOB evi” tərəfindən sahibkarlara 34996 xidmət göstərilib. Bunlardan 32905-i “G2B”, 2901-i isə “B2B” xidmətlərdir. Göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99 %-dir.

Hazırda “Yevlax KOB evi”ndə sahibkarlara doqquz dövlət qurumu tərəfindən 150-dək “G2B”, 5 özəl şirkət tərəfindən 70-dək zəruri “B2B” xidmətlər göstərilir. Sahibkarlar ötən bir ildə daha çox vergi və kommunal xidmətlərlə bağlı “Yevlax KOB evi”nə müraciət ediblər.

“Yevlax KOB evi”ndə sahibkarlara vergi və kommunal xidmətlərlə yanaşı, biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, bank və s. xidmətlər göstərilir.

“Yevlax KOB evi”nin xidmətlərindən daha çox Yevlax, Bərdə, Mingəçevir və Ağdaşdan olan sahibkarlar istifadə ediblər.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir