Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət
Spread the love

Aprelin 24-ü saat 05:00-dan 06:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən ərazidə yerüstü piyada keçidinin üst konstruksiyası quraşdırılacaq.

Bununla əlaqədar sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir