Həndboldan uzaqlaşdırılmış idmançılar Azərbaycan Həndbol Federasiyası tərəfindən bağışlanıb.
Oxu.Az-ın xəbərinə görə, onlar artıq klublarındakı fəaliyyətlərinə bərpa ediliblər.
Qeyd edək ki, federasiyanın baş katibi Yusif Atakişiyevdən narazı 14 həndbolçu 2021-ci ilin noyabrında həndboldan uzaqlaşdırılmışdı.
Federasiyanın prezidenti Saleh Məmmədov isə onların uzaqlaşdırılmasını yaşlarının çoxluğu ilə əlaqələndirmişdi.
Səbuhi Musa
www.102info.az
