“Azəriqaz” sədri gecə klubundakı partlayışdan DANIŞDI

Cəmiyyət

“Yaşayış binasının birinci mərtəbəsi qeyri-yaşayış məkanı sayılırsa, oraya daxilə qaz verilməsi qadağandır. Oraya yalnız istilik yaratmaq məqsədilə qaz verilir, o da layihəcə obyektdən kənarda quraşdırılmalıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu günə kimi tərəflərindən keçirilən reydlər zamanı əksər hallarda propan qaz balonlarından istifadə halları aşkar edilib:

“Eyni zamanda sahibkarın yuxarı mərtəbədən qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə dair hallar da aşkar edilib. Bu hallar daim aşkarlanır. Baş verən hadisə cəmiyyətin diqqət mərkəzindədir. Hazırda həmin hadisə ilə bağlı təhqiqatlar davam etdirilir. İlkin ehtimala görə, hadisə propan qaz balonunun partlamasıdır, amma yenə də araşdırmalar davam edir.

Biz hadisə baş verən gün sosial şəbəkə üzərindən məlumat verdik ki, həmin ərazidən “Azəriqaz” İB-yə məxsus nə yerüstü, nə də yeraltı qaz xətti keçir. Heç bir kənar qoşulma da aşkarlanmayıb”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir