Avstraliyada “körpə”ni manqalda qızartdılar

Dünya

Avstraliyanın Sörfers Paradays şəhərində heyvan hüquqları müdafiəçiləri maraqlı performansla çıxış ediblər.

Onlar küçənin ortasında körpə gəlinciyi manqalda qızardıblar.

Turistlərin sıx olduğu küçədə baş tutan aksiya quzuların müdafiəsi məqsədilə keçirilib. Fəallar “Körpələrin yeri manqalda deyil – quzuları rahat buraxın” şüarı ilə etiraz ediblər.

Performans qarşıdan gələn Pasxa bayramı münasibətilə təşkil olunub. Heyvansevərlər avstraliyalıları bayram günlərində quzular və digər körpə heyvanlarla qidalanmamağa çağırıblar.

Mənbə: gazeta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir