Avropa Komissiyasının sədri Ursula fon der Leyen qatarla Kiyevə yollanıb – FOTO

Dünya

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə gedib.

Məlumata görə, o, cümə günü, aprelin 8-nə keçən gecə Ukrayna ilə sərhəddən təxminən 13 kilometr aralıda yerləşən Polşanın Pşemısl şəhərindən yola düşüb.

Fon der Leyen Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Slovakiyanın baş naziri Eduard Heger və bir sıra avropalı parlamentarilərin iştirakı ilə nümayəndə heyətinin tərkibində Kiyevə yollanıb.

Qeyd olunur ki, Ursula fon der Leyen Buçadakı qətliamdan sonra Ukrayna paytaxtına səfər edən ilk yüksək rütbəli avropalı siyasətçidir.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir