İngiltərə Premyer Liqasında müxtəlif turlardan təxirə salınmış oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, 25-ci tura aid matçda “Çelsi” – “Arsenal”ı qəbul edib. İddialı komandaların qol duelində “topçular” qalib gəlib – 4:2.
Həmçinin, 18-ci turdan təxirə salınmış “Everton” – “Lester” matçı da məhz bu axşam baş tutub. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda minimal hesablı heç-heçə qeydə alınıb – 1:1.
30-cu tur çərçivəsində isə “Mançester Siti” ilə “Brayton” üz-üzə gəlib. “Şəhərlilər” rəqibinə aman verməyərək çempionatda yenidən liderliyi ələ keçirib – 3:0
www.102info.az
