Almaniya klubları rusiyalı gimnastlarla müqavilələrə xitam vermək qərarına gəlib.
Bu çərçivədə “Schwabisch Gmund-Wetzgau” komandasında çıxış edən Artur Dalaloyan (Olimpiya çempionu), “KTV Straubenhardt” klubundan David Belyavski (Olimpiya çempionu), “TG Saar”-ı təmsil edən Nikita Nagorny (Olimpiya çempionu), həmçinin “StTV Singen” üçün yarışan Nikita İqnatyev və İvan Stretoviçlə əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, martın 4-də Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı idmançıları beynəlxalq turnirlərdən kənarlaşdırıb. Onlara təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirak etmək qadağan olunub.
Mənbə: TASS
www.102info.az
