Voleybol millimiz Avropa Liqasından kənarlaşdırıldı

İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında oynamayacaq. 

Oxu.Az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) milli komandamızın adını iştirakçılar sırasından çıxarıb.

Komandamızı C qrupunda əvəzləyəcək yığma kimi Bolqarıstan müəyyənləşdirilib.

Qadınlardan ibarət milli ilə yanaşı, kişi voleybolçulardan ibarət yığma komandanın Gümüş Avropa Liqasında iştirak etməyəcəyi gözlənilir. Lakin CEV hələ ki rəsmi şəkildə Azərbaycanın adını iştirakçılar sırasından çıxarmayıb.

Qeyd edək ki, çıxarılmaya səbəb kimi maliyyə durumudur. Federasiya yığma üzvlərinin xaricə səfərlərini təşkil etmək gücündə deyil.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir