Vakarçuk Rusiyaya səsləndi: “Sizinlə bu günə qədərki ən dəhşətli görüntüləri paylaşırıq” – VİDEO

Dünya

Bu gün Ukraynanın “Okean Elzi” qrupunun lideri Svyatoslav Vakarçuk Zaporojyedəki xəstəxanaya baş çəkib.

Media.Az-ın xəbərində bildirib ki, qrupun lideri “bu günə qədər hazırladığı ən dəhşətli video” adlandırdığı görüntünü yayaraq eyni Rusiyaya qüvvələrini dayandırmağa çağırıb.

“Bura Ukraynadır, Zaporojyedir. İndi biz reanimasiyadayıq, orada həkimlər sadəcə müstəqil ölkədə yaşadıqları üçün rus ordusu tərəfindən yaralanan uşaqların həyatı üçün mübarizə aparırlar. Bəzilərinin qolu, ayağı yoxdur, bəzilərinin valideynlərini itirib… Hal-hazırda onlar canlarını qurtarmağa çalışırlar. İstəyirəm ki, bunu görüb silahlı güvvələrini dayandırasınız. Bunu edə bilərsiniz. Meydana çıxın. Daha heç nə deməyəcəyəm, çünki anlamaq və hiss etmək istəyənlər üçün hər şey aydındır. Müharibəni dayandırın!”, – deyə ruslara müraciət edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir