Ukraynalı general unikal döyüşlərdən danışdı: “Toçka-U” ilə gəmi vurmuşuq”

Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Saratov” nəhəng desant gəmisini Berdyansk limanında məhv etmək üçün birbaşa olaraq dəniz döyüşlərində istifadə üçün nəzərdə tutulmamış silahlar tətbiq edib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun danışıb.

“Vəziyyət unikaldır, çünki heç kim heç zaman gəmilərə qarşı bu cür silah sistemlərindən istifadə etməyib”, – deyə o bildirib.

Onun sözlərinə görə, sahildən Odessa yaxınlığındakı patrul gəmisinin raket atəşinə tutulması, katerə qarşı daşına bilən zenit-raket kompleksindən istifadə olunması, gəminin “Toçka-U” vasitəsilə vurulması unikal haldır.

Mənbə: Unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir