Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb.
Bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.
Eyni zamanda bildirilib ki, müharibə dövründə 205-dən çox uşaq yaralanıb.
Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində – 65, Xarkov vilayətində – 45, Donetsk vilayətində – 53, Çerniqov vilayətində – 38, Nikolayev vilayətində – 29, Luqansk vilayətində – 25, Zaporojye vilayətində – 19, Xerson vilayətində – 21, Kiyev şəhərində – 16, Jitomir vilayətində – 15 və Sumı vilayətində – 14.
www.102info.az
