Türkiyədəki azərbaycanlı uşaqların təhsil alması istiqamətində addımlar atılır – VİDEO

Cəmiyyət

Türkiyədə sənədsiz və qeydiyyatsız yaşayan soydaşlarımızın övladlarının təhsil alması məsələsi dövlətimizin diqqət mərkəzindədir. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azərbaycanlı uşaqların təhsil alması və attestatla təmin edilməsi məqsədilə sosial layihə əsasında Türkiyədə məktəblər fəaliyyət göstərir. Bu məktəblərdən biri Heydər Əliyev adına Azərbaycan məktəbi, digəri isə Mübariz İbrahimov adına Azərbaycan məktəbidir. Bu məktəblərdə 8 illik təhsil alan yeniyetmələrimizin savadsızlıq problemi aradan qaldırılır, həmçinin onların Azərbaycanda təhsillərini davam etdirə və attestat ala bilməsi imkanı yaranır. 

Diasporla İş üzrə Dövlət Komitəsi həmin məktəblərin fəaliyyətinə dəstək göstərir və azərbaycanlı uşaqların təhsil alması və problemlərinin həlli istiqamətində önəmli addımlar atır.

Bu yaxınlarda Komitənin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu hər iki məktəbdə olub. Proqramda məktəblərin problemlərinə, texniki imkanlarına aydınlıq gətirilib, müəllim-şagird heyətinin təhsil imkanlarının genişləndirilməsi ilə əlaqədar istək, arzu və təklifləri səsləndirilib. 

Proqramın həmin buraxılışını təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir