Türkiyədə COVID pasportu satan tibb bacısına 241 illik həbs cəzası verilə bilər

Dünya

Türkiyədə koronavirusa qarşı peyvəndlərlə bağlı saxlakarlığa yol verən tibb bacısına qarşı iddia qaldırılıb.

Təqsirləndirilən şəxsə 241 ilə qədər həbs cəzası istənilib.

Hadisə İzmirdə baş verib. Xəstəxana əməkdaşı öz həmkarından məhkəməyə şıkayət edib.

Xanım 13 dəfə “rüşvət alma”, 7 dəfə “məlumatların qanunsuz olaraq informasiya sistemində yerləşdirilməsi və dəyişdirilməsi” və 8 dəfə “ictimai əmlaka zərər vurma” maddəsi ilə itiiham olunub.

Qeyd edək ki, iş üzrə ilk məhkəmə iclası mayın 12-də keçiriləcək.

Mənbə: “Haber Global”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir