Tacikistan maska rejimini ləğv etdi

Dünya

Tacikistan COVID-19-la bağlı məhdudiyyətləri ləğv edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentindən bildirilib.

Qeyd edilir ki, ölkədə epidemioloji vəziyyətin normallaşması nəzərə alınmaqla, ölkəyə giriş və qalma zamanı əvvəllər qüvvədə olan məhdudiyyətlər qaldırılır, ictimai yerlərdə maska ​​taxmaqla bağlı məcburi rejim ləğv edilir.

Tacikistanın Özbəkistanla dövlət sərhədinin buraxılış məntəqələrinin işi adi iş rejiminə keçir.

MDB üzvü olan ölkələrin tibb müəssisələri tərəfindən verilmiş COVID-19-a qarşı tam peyvənd sertifikatları tanınır.

Tacikistanın dövlət sərhədinin buraxılış məntəqələrini keçən xarici vətəndaşlar 72 saatdan gec olmamaqla mənfi nəticəli koronavirus testi təqdim edərlərsə, onlardan təkrar test tələb olunmur.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir