Şuşa DYP rəisinin düşdüyü dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı

Kriminal

Füzuli rayonunda ölümlə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində həlak olublar, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, “Mercedes-Benz” markalı avtomobili idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir