Son iyirmi ildə martın 20-si hava necə olub? – AÇIQLAMA

Cəmiyyət

“Son 20 ildə martın 20-də Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2010-cu ildə 0 dərəcəyə yaxınlaşıb. Ən isti keçən il isə 2008-ci il olub, havanın temperaturu martın 20-də müsbət 22 dərəcəyə yüksəlib”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“2014-cü ildə cənub küləyinin surəti 32 m/s-dək güclənib. 2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində yarımaylıq normadan çox, 18 mm yağıntı düşüb. Ölkəmizin bölgələrində də bu bayram günlərində hava necə olub? Azərbaycanın rəngarəng iqlimi elə bir gündə öz fərqliliyi ilə seçilib”.

U.Tağıyeva qeyd edib ki, martın 20-i Naxçıvan MR-da minimal temperatur 2012-ci ildə 6 dərəcə şaxta, maksimal temperatur isə 2001-ci ildə 25 dərəcə isti, Qazax-Gəncə zonasında minimal temperatur 2003-cü ildə 8.4 dərəcə şaxta, Balakən-Şəki zonasında isə 2018-ci ildə 24.7 dərəcə isti, Lənkəran-Astara zonasında minimal temperatur 2010-cu ildə dağlıq zonada 11 dərəcə şaxta olub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir