Qara görə təxirə salınan oyun bu gün keçiriləcək

İdman
Spread the love

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, təxirə salınmış matçda “Qəbələ” ilə “Zirə” üz-üzə gələcək.

Dünən Qəbələdə güclü qar yağması səbəbindən dayandırılan qarşılaşma 65-ci dəqiqədən etibarən davam etdiriləcək. Həmin ana qədər hesab açılmayıb. İstənilən nəticə iki komandadan birini turnir cədvəlində ikinci pilləyə yüksəldəcək.

Qeyd edək ki, turun ilk iki günündə keçirilən oyunlarda “Keşlə” “Səbail”i 3:0, “Qarabağ” “Sabah”ı 1:0, “Neftçi” isə “Sumqayıt”ı 2:1 məğlub edib.

Azərbaycan Premyer Liqası
XIX tur
14 mart
12:30 “Qəbələ” – “Zirə”
Baş hakim: 
Əliyar Ağayev
Qəbələ şəhər stadionu

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir