Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər

Dünya

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş yaxın həftələrdə baş tuta bilər. Lakin bu, yalnız sülh müqaviləsi razıılaşdırıldıqdan sonra mümkündür.

Bunu Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri öz mövqelərində qalırlar və mübahisəli məsələlər üzrə razılaşmanın əldə olunması bir neçə gündən bir həftə yarıma qədər davam edə bilər. Bu müddət ərzində tərəflər sülh sazişinə yaxınlaşmalıdırlar.

“Müqavilə üzərində iş başa çatan kimi biz (Putin və Zelenski arasında – red.) görüşün təşkilinə başlayacağıq. Bu, yaxın həftələrdə baş verəcək. Bizim üçün yer fərqi yoxdur. İstənilən yer ola bilər. Rusiyadan başqa”, – Podolyak bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna tərəfi Zelenskinin Putinin əlini sıxa bilməyəcəyini hələ ki, vurğulamır.

“Sülh müqaviləsinin əsasları hazırlandıqdan sonra biz prezidentlərin görüşündə uyğun davranış modelini nəzərdən keçirəcəyik. Əl sıxma məsələsi bizi narahat edən ən kiçik məsələdir”, – deyə o, əlavə edib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir