Oyuncaq istehsalçısı Ayın tədqiqi üçün mini robot yaradıb

Dünya

Yaponiyada oyuncaq istehsalçısı “Takara Tomy” Ayı tədqiq etmək üçün mini-robot yaradıb.

Bu məqsədlə şirkət Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə əməkdaşlıq edib.

Alimlər təxminən altı ildir ki, layihə üzərində çalışırlar. Ən kiçik robotun diametri cəmi səkkiz santimetr, çəkisi isə 250 qramdır.

Uçuş zamanı robot yığcam top şəklini alacaq və Aya çatdıqdan sonra o, iki təkərli vasitəyə çevrilərək Ayın səthində sərbəst hərəkət edə biləcək.

Bundan əlavə, kameralarla təchiz olunan robot bir neçə saatdan bir görüntüləri Yerə ötürəcək.

Gələn ilin aprelində başlayaraq 2023-cü maliyyə ili ərzində kosmosa sözügedən robotlarla birlikdə iki raketin göndərilməsi planlaşdırılır.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir