Metroda qatar niyə gecikib? – AÇIQLAMA

Cəmiyyət

Metroda qatarın gecikməsi sıxlığa səbəb oldu.

102info.az-ın məlumatına görə, bu gün səhər saat 8 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatar 7 dəqiqə gecikib.

Gecikmə platformada sərnişin sıxlığına səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov 102info.az-a açıqlamasında gecikməyə ehtiyat qatarın xətdə dövrə vurmasının səbəb olduğunu deyib:

“Qatarların hərəkətində, metro xətlərində hansısa problem yaşanmayıb. Qatarlarda nasazlıq baş verməyib. Son bir ay ərzində sərnişin sayı və buna uyğun sıxlığında artım müşahidə olunur. Hər gün monitorinqlər aparılır. Ehtiyat qatarların xəttə verilməsi monitorinqin və gündəlik sərnişin axınının xüsusiyyətlərinə uyğun olaraq, nəzarətdə saxlanılır və tənzimlənir”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir