Lokdaun belə Çində koronavirusun qarşısını ala bilmir

Dünya

Çinin materik hissəsində bir sutkada 2 461 yeni kəskin koronavirus infeksiyası qeydə alınıb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komissiyası məlumat verib.

Bildirilir ki, onlardan 2 388-i ölkə daxilində aşkarlanıb.

Bundan əlavə, ölkə daxilində daha 1 226 asimptomatik hal aşkar edilib.

Səlahiyyətlilər tərəfindən görülən sərt tədbirlərə, o cümlədən karantin rejiminə baxmayaraq, infeksiyanın yayılması davam edir. Dövlət Səhiyyə Komitəsinin martın 17-nə olan məlumatına görə, ölkə daxilində 1 226 yoluxma, 1 206 asimptomatik yoluxma halı qeydə alınıb.

Pandemiyanın başlanğıcından bəri Çinin materik hissəsində ümumilikdə 126 324 COVID-19 infeksiyası və koronavirusla əlaqəli xəstəliklərdən 4 636 ölüm halı aşkar edilib.

Mənbə: İnterfaks

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir