Lavrov və Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə etdilər

Siyasət

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov Moskvada bu gün keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov görüşün yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, həmçinin 3+3 regionla əməkdaşlıq platformasının inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sergey Lavrov bildirib ki, 3+3 platforması mexanizmi vasitəsilə bu regionda ümumi qonşuların münaqişədən sonrakı qarşılıqlı fəaliyyəti üçün əsaslar qoyulub.

Rusiya XİN rəhbəri həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması kursunu alqışlayıb:

“Biz öz növbəmizdə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın dərinləşməsinə imkan verəcək birgə işə hazır olacağıq”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir