Kanalizasiya qapaqları oğurlayan şəxs HƏBS EDİLDİ

Cəmiyyət

Tərtərdə kanalizasiya qapaqları oğurlanıb.

102info.az-ın məlumatına görə, Regional Sukanal İdarəsinin Tərtər Sukanal Sahəsindən Rayon Polis Şöbəsinə Yeni qəsəbə ərazisindən kanalizasiya qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Tərtər RPŞ-nin əməkdaşları tərəfindən oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Rəşad Məmmədov saxlanılıb.

R.Məmmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və o, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir